AZ

Polşa Zelenskinin Baltik dənizinin bağlanması tələbinə əməl etməyəcək

Prezident Karol Navrotski Kiyevin “kölgə donanması” ilə bağlı çağırışını rədd edib...

Poliqon xəbər verir ki, Polşa prezidenti Karol Navrotski Ukrayna lideri Vladimir Zelenskinin Baltik dənizinin bağlanması ilə bağlı tələbinə mənfi cavab verib. O, bu barədə Polşanın Zet radiostansiyasına verdiyi müsahibədə danışıb.

Navrotskinin sözlərinə görə, Varşava Kiyevin təklifini həyata keçirmək niyyətində deyil və Baltik dənizinin bağlanması Polşanın milli maraqlarına uyğun deyil. Prezident vurğulayıb ki, rəsmi Kiyev iddia edilən “Rusiya kölgə donanması” məsələsini gündəmə gətirsə də, Polşa regional sabitliyi pozacaq addımlar atmayacaq.

Qeyd edək ki, Ukrayna rəhbərliyi dəfələrlə Rusiya gəmilərinin sanksiyalardan yayınmaq üçün “kölgə donanması”ndan istifadə etdiyini bildirib. Zelenski bu arqumenti əsas gətirərək Baltik dənizində məhdudiyyətlərin tətbiqini tələb edib. Lakin Polşa bu çağırışı qeyri-real və Avropa İttifaqı ilə NATO-nun mövcud siyasətinə zidd addım kimi qiymətləndirir.

Müşahidəçilər hesab edirlər ki, Varşavanın bu mövqeyi Ukraynanın diplomatik təşəbbüslərinin bölgədə gözlənilən dəstəyi görmədiyini göstərir.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr