AZ

“Qarabağ” bu gün “Kopenhagen”lə qarşılaşacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II turunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.
Matçı niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Qeyd edək ki, Çempionlar Liqasında bu gün ümumilikdə 9 görüş keçiriləcək.

UEFA Çempionlar Liqası
Əsas mərhələ, II tur

1 oktyabr

20:45 – “Yunion” (Belçika) – “Nyukasl” (İngiltərə)

20:45 – “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

23:00 – “Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)

Seçilən
21
1
publika.az

10Mənbələr