AZ

III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq

III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq.

İdman.biz xəbər verir ki, Qəbələ şəhər stadionunda növbəti futbol matçarı keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla münasibətlərə aydınlıq gətirəcək. B qrupunda isə Rusiya Özbəkistanla qarşılaşacaq.

Qəbələ Atıcılıq Klubunda təşkil olunan atıcılıq yarışlarına yekun vurulacaq. Stend atıcılığının "skeet" və "trap" növləri üzrə sonuncu təsnifat və final mərhələləri keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək. A və B qruplarında növbəti görüşlər baş tutacaq. Həmçinin yarımfinal oyunları keçiriləcək.

Şəki Olimpiya İdman Kompleksində gimnastlar mübarizəyə başlayacaq.

Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edəcək. 48 kq, 52 kq, 57 kq, 60 kq, 66 kq, 80 kq və +80 kq çəki dərəcələrində 1/4 final mərhələsinin növbəti görüşləri keçiriləcək.

Gəncə İdman Sarayında üzgüçülük yarışı davam edəcək. Həmçinin eyni məkanda voleybol yarışı baş tutacaq. A qrupunda Rusiya Belarusla üz-üzə gələcək. Digər matç isə B qrupunda Özbəkistan və Tacikistan arasında keçiriləcək.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

İdman.biz

Məqalədə:
Seçilən
24
11
idman.biz

10Mənbələr