AZ

Keçmiş prezident ölüm cəzasına məhkum edildi

BAKI, 1 oktyabr. TELEQRAF

Konqo Demokratik Respublikasının (KDR) hərbi məhkəməsi keçmiş prezident Cozef Kabilanı qiyabi ölüm cəzasına məhkum edib.

Teleqraf xəbər verir ki, paytaxt Kinşasada keçirilən məhkəmə iclasında iştirak etməyən və vəkillə təmsil olunmayan 54 yaşlı Kabila müharibə cinayətləri, dövlətə xəyanət və bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilinib.

İş onun KDR hökuməti ilə tutsi etnik azlığının maraqlarını müdafiə edən və qonşu Ruanda ordusu tərəfindən dəstəklənən “23 Mart” (M23) üsyançı qrupu arasında münaqişədəki rolundan irəli gəlir.

Keçmiş prezident ittihamları rədd edir.

Seçilən
19
teleqraf.com

1Mənbələr