AZ

Naxçıvana yol bu statusda olacaq

BAKI, 1 sentyabr. TELEQRAF

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında açılacaq yol dəhliz statusunda olacaq.

Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Argişti Kiviryan bildirib.

Söhbət uzun müddətdir gündəmdə olan Zəngəzur dəhlizinin açılmasından gedir.

“Əgər bu və ya digər ölkənin vətəndaşları qonşu dövlətin ərazisindən keçərək öz istədikləri marşrutla gedirlərsə, o yoldur. Əgər yalnız bir ölkənin fasiləsiz istifadə etdiyi marşrut varsa, yoldan daha artıqdır (bu dəhlizdir. İndi Ermənistan Azərbaycan ərazisindən bu statusla keçə bilərmi və ya keçə biləcəkmi? Bunu təsəvvür edə bilərsinizmi? Mən edə bilmirəm”, - ekspert qeyd edib.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr