AZ

Rusiyada yaşayan soydaşlarımıza XƏBƏRDARLIQ – Pensiyanız kəsilə bilər

Rusiya Dövlət Dumasının deputatı və LDPR lideri Leonid Slutski federal büdcənin yükünü azaltmaq məqsədilə miqrantlar üçün sosial pensiyaların ləğvini təklif edib. 

“Rusiya hazırda kritik an yaşayır. Hərbi, sosial, demoqrafik və digər problemlər – bütün bunlar böyük resurs tələb edir. Hər qəpiyə dəyər”,- millət vəkili bildirib.

Slutski dövlətin  “çox vaxt Rusiyaya və rus xalqına xor baxan” miqrantlara pensiya ödənişinin dayandırmasını istəyib.

Nəzərə alaq ki, bir çox soydaşımız Rusiya vətəndaşı kimi sosial pensiya alır.

Bəs Slutskinin təklifi nə dərəcədə reallaşa bilər?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya danışan REAL Partiyasının sədri Natiq Cəfərli bildirdi ki, son illərdə Rusiyada miqrantlara qarşı bu cür təxribatçı addımlar tez-tez atılır:

“Əslində bu siyasi təzyiq alətidir. Rusiyanın siyasi elitası bu cür hərəkətləri ilə bəzi ölkələrə mesaj vermək istəyir ki, “sənin vətəndaşlarının dolanışıq yerini kəsə bilərəm”. Reallıqda isə Rusiyanın əlində heç də geniş imkanlar yoxdur. Çünki Rusiyanın əmək bazarında işçi çatışmır. Bu səbəbdən də miqrantlara ehtiyac böyükdür. Ona görə də ikili vətəndaşı olan şəxslərin sosial pensiyasının ləğvi təklifinin reallaşacağı o qədər də real görünmür”.

Seçilən
6
2
konkret.az

3Mənbələr