AZ

Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı Açıqlama

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Baş prokuror Kamran Əliyev son günlər həm ölkə, həm də dünya mediasında geniş müzakirə olunan iş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, baş prokuror bildirib ki, hazırda sözügedən iş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.

“Bununla bağlı istintaq orqanı araşdırma aparır. İndiki dövrdə nə isə demək düzgün deyil”, - K.Əliyev qeyd edib.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
15
qafqazinfo.az

10Mənbələr