AZ

Sidik ifrazı zamanı bu məqamlara diqqət edin

Onkoloq Jiri Kubes prostat xərçənginin əlaməti ola biləcək bir sıra sidik problemlərini açıqlayıb. Onun sözlərini HuffPost nəşri sitat gətirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, prostat xərçəngi çox vaxt ilkin mərhələlərdə simptom vermir və yalnız daha sonrakı mərhələlərdə özünü göstərir. Buna görə də Kubes insanları ən xırda dəyişikliklərə belə laqeyd yanaşmamağa çağırıb.

O, xüsusilə aşağıdakı beş əlamətə diqqət yetirməyi tövsiyə edib:

Sidiyə başlamaqda çətinlik;

Gecələr ani və güclü sidiyə getmə istəyi;

Zəif sidik axını;

Sidik ifrazından dərhal sonra yenidən sidiyə getmək ehtiyacı hissi;

Sidikdə və ya spermada qan izlərinin görünməsi.

Onkoloq vurğulayıb ki, bu əlamətlərin heç biri birbaşa xərçəng göstəricisi deyil. Belə dəyişikliklər təbii qocalma prosesi, xoşxassəli prostat böyüməsi və ya digər tibbi səbəblərlə də əlaqəli ola bilər. Bununla belə, bu simptomlardan biri və ya bir neçəsi müşahidə olunduqda mütləq həkimə müraciət etmək və müayinə keçmək lazımdır.

Tərcümə:  Nəzrin Abbas

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr