AZ

Almaniyada partlayışlar: ölən və yaralanan var

Almaniyanın Münhen şəhərində partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Hazırda Lerhenau rayonu ərazisində yanğınsöndürmə xidməti ilə işləyirik. Nəqliyyatın hərəkətində fasilələr yarana bilər. Zəhmət olmasa bu rayondan uzaq durun”, - Münhen polisindən bildirilib.

“Bild” qəzeti partlayış və atəş səslərinin eşidildiyini, bir cəsədin tapıldığını, bir nəfərin isə yaralandığını yazıb.

Seçilən
1
axar.az

1Mənbələr