AZ

AMEA-dakı qanun pozuntuları araşdırılıb - Kamran Əliyevdən açıqlama

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılıb.

News24.az xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandırarkən baş prokuror Kamran Əliyev deyib. 

Baş prokurorun sözlərinə görə, cinayət işi üzrə bir neçə epizod araşdırılıb:

“Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq yekunlaşıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, - baş prokuror əlavə edib.

Qeyd edək ki, ötən il AMEA-da 2020–2023-cü illərdəki qanun pozuntuları ilə bağlı “xüsusilə külli miqdarda mənimsəmə” faktı üzrə cinayət işi başlanılıb. Həmin illərdə Akademiyanın prezidenti Ramiz Mehdiyev olub.


Seçilən
43
12
news24.az

10Mənbələr