AZ

AMEA-dakı qanun pozuntuları ilə bağlı araşdırma aparılır - RƏSMİ

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

Adalet.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

"Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".

Seçilən
11
27
adalet.az

10Mənbələr