AZ

Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək - III MDB Oyunları

Azərbaycanın ev sahibliyi ilə keçirilən III MDB Oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün yarışda 7 idman növü üzrə mübarizə baş tutacaq.

A qrupunda yer alan Azərbaycanıın futbol üzrə U-16 milli komandası Qəbələ şəhər stadionunda Qırğızıstanla qarşılaşacaq, B qrupunda isə Rusiya - Özbəkistan matçı olacaq.

Qəbələ Atıcılıq Klubunda təşkil olunan atıcılıq yarışlarına yekun vurulacaq. Stend atıcılığının "skeet" və "trap" növləri üzrə sonuncu təsnifat və final mərhələləri keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək. A və B qruplarında növbəti görüşlər baş tutacaq. Həmçinin yarımfinal oyunları keçiriləcək.

Şəki Olimpiya İdman Kompleksində gimnastlar mübarizəyə başlayacaq.

Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edəcək. 48 kq, 52 kq, 57 kq, 60 kq, 66 kq, 80 kq və +80 kq çəki dərəcələrində 1/4 final mərhələsinin növbəti görüşləri keçiriləcək.

Gəncə İdman Sarayında üzgüçülük yarışı davam edəcək. Həmçinin eyni məkanda voleybol yarışı baş tutacaq. A qrupunda Rusiya Belarusla üz-üzə gələcək. Digər matç isə B qrupunda Özbəkistan və Tacikistan arasında keçiriləcək.

Xatırladaq ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunur.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

saytlarin hazirlanmasi

Seçilən
21
11
sportal.az

10Mənbələr