AZ

Zaur Mikayılov: Əhalinin yalnız üçdə birinin müasir kanalizasiya xitmətlərinə çıxışı var

Azərbaycanda iqlim fəaliyyəti sudan ayrı deyil. Bizim rifahımız, ərzaq təhlükəsizliyimiz, enerjimiz və ictimai sağlamlığımız hər bir damcı sudan necə ağıllı istifadə etməyimizdən asılıdır...

Bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.

O qeyd edib ki, ötən il Prezidentin Fərmanı ilə Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”(2024–2040) təsdiq edilib:

“Bu sənəd qarşıdakı on altı il üçün aydın istiqamət müəyyənləşdirir: idarəetməni və infrastrukturumuzu modernləşdirmək, Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırmaq və innovasiyaları genişləndirərək həm iqtisadiyyat, həm də ekosistem üçün suya olan tələbatı etibarlı və dayanıqlı şəkildə təmin etmək.
Bu vəzifənin təxirəsalınmazlığı aydındır. 1980-ci ildən bəri şirin su ehtiyatlarımızın təxminən dörddə bir hissəsi azalıb. Xəzər dənizinin səviyyəsi demək olar ki, iki metr, Kür çayının səviyyəsi isə oxşar həddə enib. Bunlar proqnoz yox, faktlardır, bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutudur. Eyni zamanda, şəbəkələrimizdə səmərəsizlik davam edir. İçməli su və suvarma itkiləri yüksək olaraq qalır, əhalinin yalnız üçdə biri müasir kanalizasiya xidmətlərinə çıxış imkanına malikdir. Bu problemləri görməməzlikdən gəlmək olmaz”.(apa)

Poliqon.info

Seçilən
11
4
poliqon.info

5Mənbələr