AZ

Filippində zəlzələ nəticəsində 69 nəfər ölüb

Filippinin Sebu əyalətində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 69-a çatıb. 

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə rəsmiləri məlumat verib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Palompon bölgəsindən 10 km qərbdə, Kalape sahilləri yaxınlığında olduğunu, təkanların 10 km dərinlikdə baş verdiyini açıqlayıb.

Zəlzələ nəticəsində Daanbantayan şəhərində daş kilsə dağılıb, bölgədə elektrik enerjisi kəsilib. Yeraltı təkanlar sakinlər arasında təşvişə səbəb olub.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini, dağıntılar altında qalanlara çatmağa çalışdıqlarını bildiriblər.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
85
missiya.az

1Mənbələr