ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Millinin baş məşqçi postuna təyinat alan Ayxan Abbasov artıq islahatlara start verib.
İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, 44 yaşlı çalışdırıcının gördüyü ilk iş iki nəfərlə vidalaşmaq olub.
Belə ki, çalışdırıcı Fernandu Santuşun korpusunda yer almış Rəşad Eyyubov və Kamran Ağayevlə yolları ayırıb.
AFFA rəhbərliyi komanda ilə bağlı bütün məsələlərdə ona geniş səlahiyyətlər tanıyıb. Tam sərbəst olaraq çalışmaq imkanı əldə edib.
Burada işlədiyi müddətdə əlinin üstündə əl olmayacaq. Ayxan Abbasov məsuliyyəti öz üzərinə götürdüyündən, istədiyi qərarı verməkdə azaddır.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.