Hazırda ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işi davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən bu işin istintaqı aparılır, birgə əməkdaşlıq edilir:
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq".