AZ

Oktyabrın 4-ü onlar üçün çevriliş fürsətidir

Yazını böyüt
Yazını kiçilt

"Oktyabrın 4-də bizim məqsədimizin seçkilərə getmək və azad seçim etmək, sülhü və sabitliyi qorumaqdan ibarət olduğunu bir daha hamıya göstərmək şansımız var. Bu gün bizim 2012-ci ildə əldə edilmiş dinc qələbəni nəhayət sülh yolu ilə rəsmiləşdirmək, radikalizmi və qarşıdurmanı keçmişə çevirmək imkanımız var".

Hafta.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının fəxri sədri Bidzina İvanişvilinin bəyanatında deyilir.

"Oktyabrın 4-də birliyimizi, ötən illərin qazanc və nailiyyətlərini qorumaq baxımından bizi daha bir sınaq gözləyir. Qarşıdan gələn yerli hakimiyyət seçkilərində maskası açılmamış daxili və xarici düşmənlər iğtişaşlar, çevrilişlər, öz məqsədlərinin reallaşması üçün daha bir fürsət görürlər", - deyə İvanişvili vurğulayıb.

O deyib: "Bu gün bizim 2012-ci ildə əldə edilmiş dinc qələbəni nəhayət, dinc yolla rəsmiləşdirmək, radikalizmi və qarşıdurmanı keçmişə çevirmək, daha sonra isə daha böyük inkişaf və firavanlıq, yoxsulluğun birdəfəlik aradan qaldırılması, suverenliyin möhkəmləndirilməsi və ölkənin sülh yolu ilə birləşməsi uğrunda mübarizə aparmaq imkanımız var”.

Seçilən
27
2
hafta.az

3Mənbələr