Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlər sistemində yeni güc balanslarının formalaşmaqda olduğunu bir daha ortaya qoydu...
Politoloq: “Hazırda ədalət və beynəlxalq hüquq Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqlarına uyğun olaraq bloklanır. Bu reallıqda artıq yaşamaq mümkün deyil və buna görə də BMT-nin funksionallığını təmin etmək üçün BMT TŞ-nin monopolist mövqeyi ləğv edilməlidir”.
“Əslində, BMT qlobal güclərin yalnız geosiyasi və geoiqtisadi maraqların ximəd edən təşkilatı idi ki, burada heç bir zaman ədalət adına bir şey olmayıb”.
Bu sözləri politoloq Natiq Miri BMT Baş Assambleyasının 80-ci sesiyasında qurumun fəaliyyəti ilə bağlı səsləndirilən narazılıqları Poliqon-a şərh edərkən deyib.
Məlumdur ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlər sistemində yeni güc balanslarının formalaşmaqda olduğunu bir daha ortaya qoydu. Sessiyanın açılışından etibarən müşahidə olunan gərginlik, çıxışların siyasi mesajlarla zənginliyi və bəzi hallarda senzura elementlərinin tətbiqi, bu toplantının sadəcə formal diplomatik tədbir olmadığını sübut etdi. Tramp isə çıxışında BMT-ni açıq şəkildə fəaliyyətsizlikdə ittiham edib. Ancaq o da məlumdur ki, BMT-nin işini iflic edən məhz Təhlükəsizlik Şurasında veto hüququ olan dövlətlərdir.
Bu baxımdan, BMT-nin gələcəyi necə görünür və yaxın illərdə BMT-yə alternativ olan hansısa beynəlxalq ya da regional təşkilatlar ortaya çıxa bilərmi?
Mövzunu Poliqon-nun əməkdaşı Milli Təhlükəsizlik İnstitutunun sədri, politoloq Natiq Miri ilə müzakirə edib.
Natiq Miri: “İlk növbədə Baş Assambleyanın qərarları Təhlükəsizlik Şurasının qətnamələri üzərinə çıxarılmalı və lazım gələrsə, Baş Assambleyanın qərarları Təhlükəsizlik Şurasının qətnamələrini ləğv etmək və ədaləti bərpa etmək haqqına sahib olmalıdır”.
BMT-nin sadəcə veto hüququna sahib qlobal güclərdən ibarət olmadığını vurğulayan politoloq açıqlamasında Poliqon-a bildirib ki, BMT-nin normal beynəlxalq qanunlar və ədalət prinsipi ilə çalışmasını təmin etmək üçün üzv dövlətlərin iradə birliyinə ehtiyac var:
“BMT-nin gələcəyi və prespektivi olması üçün bu beynəlxalq qurumda islahatlar keçirilməlidir və bu islahatlar zamanın tələbinə cavab verməlidir. Birləşmiş Millətlər Təşkilatı ikincisi dünya müharibəsinin konkret hərbi, siyasi nəticələrinə uyğun olaraq formalaşdırılıb. Yəni, hazırkı nizamnaməsi ilə bu qurumun konkret mahiyyət etibarilə ədalətli fəaliyyətindən söhbət gedə bilməz. Çünki oz aman dünya iki hissəyə bölünmüşdü, bir tərəfdə kapitalist dünyası, digər tərəfdə sosialist düşərgəsi vardı. Məhz bu fəlsəfədə BMT-nin Təhlükəsizlik Şurası daimi üzvləri formalaşdırıldı ki, burada da kapitalist və sosialist dünyasının üçün ikiyə nisbəti ilə kapitalistlər xeyrinə razılaşdırıldı. Ancaq bunu da neytrallaşdırmaq üçün beş daimi üzvün dövlətlərə istənilən qərarı ləğv etmək, dayandırmaq üçün veto hüququ verilib.
Əslində, bunlar hamısı qlobal güclərin yalnız geosiyasi və geoiqtisadi maraqların ximəd edən təşkilatı idi ki, burada heç bir zaman ədalət adına bir şey olmayıb. Çünki bütün millətlərin, dövlətlərin iştirak etdiyini əsas qurum, struktur Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıdır ki, 200-ə yaxın dövlət bu strukturda birləşib və iştirak edir. Hər bir dövlətin də səs vermə hüququ var. Maraqlıdır ki, qlobal səviyyədə baş verən bütün hadisələrin həlli yönündə aparıcı və həlledici səsə malik olmalı olan bu struktur sadəcə tövsiyyə xarakterli qətnamələr qəbul edə bilir. Bunun da məcburi xarakteri mövcud deyil. Yalnız dünya dövlətlərinin adı beş dövlətin barmağından asılı vəziyyətə gətirilib. Ona görə də ilk növbədə Baş Assambleyanın qərarları Təhlükəsizlik Şurasının qətnamələri üzərinə çıxarılmalı və lazım gələrsə, Baş Assambleyanın qərarları Təhlükəsizlik Şurasının qətnamələrini ləğv etmək və ədaləti bərpa etmək haqqına sahib olmalıdır. Hazırda isə ədalət və beynəlxalq hüquq Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqlarına uyğun olaraq bloklanır. Bu reallıqda artıq yaşamaq mümkün deyil və buna görə də BMT-nin funksionallığını təmin etmək üçün BMT TŞ-nin monopolist mövqeyi ləğv edilməlidir.
Natiq Miri: “Bu gün dünyada mənim terrorçum min yaşayın, başqasının terrorçuları məhv edilməlidir fikir əsas götürülür. Ədalət və beynəlxalq hüquq belə fərziyyələri və baxışı qəbul etməməlidir və bərabər şamil olunmalıdır”.
Buna görə də, BMT-nin 80 illiyi ilə bağlı Baş Assambleyasındakı çıxışların böyük əksəriyyəti BMT-də islahatların aparılması zərurətindən oldu. Eyni zamanda Azərbaycan prezidenti də, bu qurumda ədalətin bərqərar olunmasından danışdı. Çünki BMT-də çatışmayan əsas məsələ ədalət məsələsidir. Maraqlıdır ki, beynəlxalq hüquq bütün hüquqların üstü olmuş olsa da, tətbiq olunandan selektiv seçkin olaraq tətbiq olunur. Yəni, bu gün dünyada mənim terrorçum min yaşayın, başqasının terrorçular terrorçudur deyə məhv edilməlidir fikir əsas götürülür. Ədalət belə fərziyyələri və baxışı qəbul etməməlidir və beynəlxalq hüuq bərabər şamil olunmalıdır.
Bu baxımdan, BMT-nin gələcəyi bu qurumda aparılacaq islahatlardan asılıdır. Tramp BMT-ni tənqid edə, onu fəaliyyətsizlikdə ittiham edə bilər, amma onu da bilməlidir ki, BMT-nin fəaliyyətini iflic edən məhz rəhbərlik etdiyi ABŞ-dir. O cümlədən Rusiya, İngiltərə, Fransa və Çindir. Bu ölkələrin dominat haqqlara sahib olması bu gün dünyada baş verən bütün müharibələrin, sosial kataklizmlərin və qırğınların mənbəyidir. Məhz bu beş ölkə bu gün dünyanı nüvə müharibəsinin astanasına gətirib çıxarıb.
Buna görə də BMT-nin funksionallığı sıfıra enib. Heç bir münaqişəni dayandırmaq imkanına malik deyil. Çünki veto hüququ bütün millət və dövlətlərin iştirakı ilə təmin olunmalıı, ədalətdən hər kəsin payı verilməlidir. Necə ola bilir ki, Ukraynada insanları öldürən Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qəararı alqışlanır, amma Fələstində uşaqları raketlərlə və acından öldürən Netanyahu üçün verilən həbs orerinə görə BCM-yə sanksiya tətbiq olunur. Beynəlxalq hüquq adına bu rəzalətdir və yolverilməzdir. Amma ABŞ-yə görə bu normal haldır. Bu halda BMT-dən funksionallıq gözləmək nə qədər doğrudur. Bu halda Tramp BMT-ni nəylə ittiham edə bilər?
Ona görə də Baş Assambleyaya Təhlükəsizlik Şurasında qoyulan vetonu ləğv etmək hüququ verilməlidir. Məhz bu zaman BMT -də ədaləti və beynəlxalq hüququn çalışmasını bərpa etmək olar. Ümumiyyətlə problemləri qəlizləşdirməmk üçün veto hüququ ləğv olunmalıdır.və əsas həlledici struktur qurum BMT-də bütün millət və dövlətlərin iştirakı ilə Baş Assambleya həlledici olmalıdır. Çıxarılan qərar da həlledici olmalıdır və çıxarılan qərarların icra mexanizmləri təsbit olunmalıdır. Çünki bir qərar və qətnamə verilirsə və onun icra mexanizmi yoxdursa, sadəcə bu qədər kağız üzərində qalırsa, bu təşkilatın qeyri-funksionalığını ortaya qoyan məsələdir.
Natiq Miri: “Necə ola bilir ki, Ukraynada insanları öldürən Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qəararı alqışlanır, amma Fələstində uşaqları raketlərlə və acından öldürən Netanyahu üçün verilən həbs orderinə görə BCM-yə sanksiya tətbiq olunur. Beynəlxalq hüquq adına bu rəzalətdir və yolverilməzdir”.
BMT sadəcə rəhbərlik və qlobal güclərdən asılı deyil. BMT üzvü olan dövlətlərin birliyindən, birliyindən asılıdır. Əgər qlobal güclər, yəni beş daimi üzv razı deyilsə, digər 190-dan çox dövlət toplanaraq çox rahatlıqla qurumdan istefa verib çıxa bilirlər. Bunla da qeyri-iradi olaraq qurum özünü buraxmış olacaq. Yaxud da, Birləşmiş Millətlər Təşkilatı beş üzvdən ibarət olacaq, bu da absurd bir vəziyyət yaradacaq. Buna görə də, BMT-nin normal beynəlxalq qanunlar və ədalət prinsipi ilə çalışmasını təmin etmək üçün üzv dövlətlərin iradə birliyinə ehtiyac var. BMT artıq bundan sonra funksional bir qurum halına gələ bilər. Burada da, hər hansı bir dövlətin dominantlığına yer verilməli deyil. Hüquq hüquqdur, güclə bir dövlətin nisbətən zəif inkişaf etmiş dövlətdən heç bir üstünlüyü mövcud deyil. Hər kəsin bir səsi var və hər kəs bu səsdən müstəqil şəkildə istifadə edə bilər.
Buna görə də, bu cür vacib islahatların aparılmasına ehtiyac var. Bu da sadəcə sözdə olmamalıdır. Bütün BMT üzvləri birləşərək birlik nümayiş etdirərək bu məsələni yoluna qoya bilərlər. Təhlükəsizlik Şurasının daimi üzvlərinə təzyiq etməklə bu qərarı verməyə çalışa bilərlər. Burada nəticə o qədər də prespektivli görsənmir. Çünki bu hansı qlobal gücün maraqlarına xidmət etməyən situasiya yarada bilər. Digər tərəfdən isə çoxluq bu məsələni həll edə bilər. Düşünürəm ki, bu çoxluğun qarşında heç bir qlobal güc dayana bilməz.
Açığı alternativ yenidən bütün dünya dövlətlərinin birləşib yeni bir təşkilat yaratması ideyası ortaya çıxa bilər. Bu BMT-dən kütləvi istefardan sonra baş verə bilər. Yaxud da, BMT-nin özündə ciddi islahatlar aparıb BMT-ni funksional vəziyyətə gətirmək mümkündürsə, hər hansı yeni qlobal təşkilata ehtiyac qalmır. Yox əgər həqiqətən də, daimi üzvlər buna dairəniş göstərərlərsə, alternativ olaraq belə bir təşkilat qayəsi ortaya çıxa bilər ki, bu da yenə də çoxluğun tələbi ilə icra oluna bilər. Yəni, bu yöndə fəaliyyət göstərməyə ehtiyac var kı, böyük çoxluq bu məsələni qısa müddətdə tələb etsin, əks təqdirdə ya bu təşkilatdan çıxmaqla istefalar ortalığa qoyulsun, yeni alternativ təşkilin yaradılma layihəsi ortalığa qoyulsun, ya da ciddi islahatlar tələb olunsun ki, bu qurumlar özlərini buraxsın və yenidən formalaşdıraraq bütün veto hüquqları konkret seçkin dövlətlərin yaradılması kimi qurumlar buraxılır, əvəzində əsas həlledici səs təmsil olunacaq. Yəni bütün dünyanın təmsil olunduğu strukturlat həlledici olacaq”.
Nərminə UMUDLU
Poliqon.info