Gələn ay Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq.
Doğru.az xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarına əsasən, hər iki bayram şənbə və bazar günlərinə düşdüyü üçün 10-11 noyabr da qeyri-iş günü hesab olunacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.
Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) iş günü olan bayramlardır.
DOĞRU.AZ