AZ

Rusiya BMT Təhlükəsizlik Şurasına sədrliyi qəbul edir – ÖZƏL

Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) təsis edilməsinin 80 illik yubileyinin qeyd olunduğu ayda, yəni oktyabr ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrliyinə başlayır. 

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurumun iş proqramını Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın qərargahında keçiriləcək mətbuat konfransında jurnalistlərə təqdim edəcək.
Təhlükəsizlik Şurasına sədrlik rotasiya əsasında həyata keçirilir və bir ay davam edir. Rusiya sədrliyi Cənubi Koreyadan qəbul edir və noyabr ayında isə Syerra-Leonaya təhvil verəcək. 

Rusiya sonuncu dəfə 2024-cü ilin iyulunda TŞ-nın işini koordinasiya etmişdi.
Bu dəfə Rusiyanın sədrliyi BMT-nin təsis edildiyi aya (24 oktyabr 1945-ci il) təsadüf edir.
Sədrin funksiyalarına ay üçün ilkin proqramın hazırlanması, Təhlükəsizlik Şurasının plandan kənar görüşlərinin keçirilməsi barədə qərarların razılaşdırılması, habelə iclasların gedişatı ilə bağlı məsələlərin həlli daxildir. Bir qayda olaraq, TŞ ay ərzində müxtəlif mövzularda 20-yə yaxın iclas keçirir.

Oktyabrda davam edə biləcək əsas mövzulardan biri İrana qarşı məhdudiyyətlər məsələsidir. Sentyabrın sonunda Rusiya və Çinin İranın nüvə proqramı üzrə razılaşmanı dəstəkləyən BMT TŞ-nın 2231 saylı qərarının qüvvədə olma müddətinin 6 ay uzadılmasını təklif edən qətnamə layihəsi TŞ tərəfindən rədd edilib. Sentyabrın 28-də "Avrotriokanın" ("snapback" mexanizmini işə salmasından sonra İrana qarşı sanksiyalar qüvvəyə minib. Lakin Rusiya sanksiyaların bərpasının qeyri-qanuni olduğunu bəyan edib. 2231 saylı qətnamənin müddəti oktyabrın 18-də bitir. Rusiyanın BMT-dəki birinci daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib ki, bu tarixdən sonra qətnamə ilə nəzərdə tutulan istənilən məhdudiyyət və qaydalar öz aktuallığını itirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr