AZ

Nazirlik tam təmirli mənzillər satır - kvadratmetri 435 manata

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir. “Bakuinfo” xəbər verir ki, mənzillər 3 və 4 otaqlı olmaqla tam təmirli və çıxarışlıdır. Mənzilləri həm nağd, həm də ipoteka krediti ilə almaq olar. Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir. Mənzil almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.  Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. (Qafqazinfo)nazirlik-kvadratmetri-435-manata-tam-temirli-menziller-satir

Seçilən
16
10
bakuinfo.net

10Mənbələr