AZ

GƏRGİN DEBAT: Adnan Əhmədzadə işi ilə bağlı BAŞ PROKURLUQDAN açıqlama, və sürətli BAHALAŞMA

Adnan Əhmədzadənin cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam edir.

Musavat.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib. K. Əliyev bildirib ki, hazırda bununla bağlı istintaq orqanı araşdırma aparır: "İndi bu işlə əlaqəli nəsə demək mümkün deyil".

Məlum olduğu kimi, 1 oktyabr 2025-ci il tarixindən etibarən ölkədə ictimai nəqliyyatda gediş haqqı artırılacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində metro tarifləri bir gediş üçün 60 qəpik, müasir avtobus marşrutlarında isə məsafədən asılı olaraq minimum 60 qəpik müəyyən edilib.

Qeyd edək ki, bəzi avtobuslarda gediş haqqı 60 qəpikdən də baha olub.

Həmin avtobusların siyahısını təqdim edirik:
- 172, 189, 211, 217, 108A, 130, 139, 163 — 65 qəpik;
- 120, 125, 140, 141E— 70 qəpik;
- 121E, 149, 150, E1, 503 — 80 qəpik;
- 120E, 140E, 150E — 90 qəpik.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində iqtidar-müxalifət debatı çərçivəsində müzakirə edəcəyik. Qonağımız YAP-çı deputat Elman Nəsirovla eks baş nazir Pənah Hüseyn müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
10
musavat.com

1Mənbələr