AZ

AMB İran rialının məzənnəsinin müəyyən edilməsini dayandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) İran rialının manata qarşı məzənnəsinin müəyyən edilməsini dayandırıb.
Oxu.Az Yurd.media-ya istinadən xəbər verir ki, qurumun internet səhifəsində açıqladığı valyuta məzənnələrində islam respublikasının milli valyutası ilə bağlı göstərici öz əksini tapmayıb.
Bununla bağlı rəsmi açıqlama yoxdur, amma rialın məzənnəsinin müəyyən edilməməsi, çox güman ki, qonşu ölkədə hazırlıq gedən denominasiya ilə bağlıdır. Xatırladaq ki, bu il avqustun 4-də İran parlamentinin İqtisadiyyat komitəsi rialın adını dəyişdirmədən yenidən denominasiya haqqında qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, bir yeni rial 10 min köhnə riala bərabər olacaq.
Seçilən
21
3
oxu.az

5Mənbələr