Bakıda 42 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Sentyabrın 30-da 1983-cü il təvəllüdlü Nurlan Məmmədov yaşadığı M.Hadi küçəsindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Leqal.info