AZ

“Hazırda silah bazarında ciddi sursat açlığı hiss olunur” -Ədalət Verdiyev

“Dünyada davam edən müharibə və münaqişə fonunda idarəolunan sursatlara, xüsusən də aviasiya raketlərinə tələbat artıb. “- bu fikirləri hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert qeyd edib ki, yalnız Almaniya bu il F-35A döyüş təyyarələri üçün 400 ədəd AIM-120D-3 tipli müasir orta mənzilli “hava-hava” raketi sifariş verib.

“Bu isə o deməkdir ki, “Lockheed Martin” şirkətinin 2025-ci il üçün AİM-120 ixracat portfeli 4260 raketə və ya 13.1 milyard dollara çatdırılıb. Səudiyyə Ərəbistanı 1000,
Yaponiya 1200, Hollandiya: 232, Finlandiya 405, Misir: 100, İtaliya 30, Türkiyə 53, Polşa 400, Avstraliya 400 ədəd raketi bu il sifariş edib. Rəqəmləri səsləndirməkdə  məqsədim ondan ibarətdir ki, hazırda silah bazarında ciddi sursat açlığı hiss olunur. Müasir silah istehsalıçısının qapısında kifayət qədər alıcı əvvəlcədən ödəniş etdikdən sonra aylarla növbə gözləyir. Bəhs etdiyim raket 3 milyon dollardan baha satılır. Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesinin inkişafına kifayət qədər vəsait ayırıb. Bu vəsaitlərin geri qaytarılması üçün hazırda münbit şərait yaranıb. Daha əvvəl aviasiya bombaları hazırlamaq və onları Vətən Müharibəsi zamanı düşmən üzərində uğurla tətbiq etmək təcrübəsi əldə etmişik. Odur ki, həm müdafiə sənayesinə aid dövlət şirkətləri, həm də bu sahədə fəaliyyət göstərən özəl qurumlar dunya silah bazarının tələbatına uygun məhsullar istehsal edilməsinə diqqəti artırmalıyıq. Bu qalib Azərbaycanın milli və dövlət maraqlarına da tamamilə uyğundur.” -deyə Ədalət Verdiyev bildirib.

Seçilən
24
veteninfo.az

1Mənbələr