AZ

Zəhərlənmə ilə əlaqədar ötən ay Kliniki Tibbi Mərkəzə müraciət edənlərin sayı açıqlanıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Cari ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 81 nəfər ağır vəziyyətdə olmaqla ümumilikdə 91 nəfər zəhərlənmə səbəbindən qəbul olunub.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 35-i dərman preparatlarından, 27-si sirkə turşusundan, 2-si spirtli içkilərdən, 8-i ilan sancmasından, 7-si allergik reaksiyadan, 2-si yandırıcı məhlullardan, 1-i həlledici maddədən, 6-sı fosfor üzvi birləşmələrdən, 2-si anafilaktik şokdan, 1-i isə inhalyasion zəhərlənməsi səbəbi ilə müalicəyə cəlb olunub.

Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib. Düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq, qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, 2 kişi, 1 qadın olmaqla 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub.

Seçilən
20
12
azertag.az

10Mənbələr