UEFA Türkiyənin “Qalatasaray” klubunu 68 250 avro məbləğində cərimələyib.
İdman.biz xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, cəriməyə səbəb Almaniyada “Ayntraxt” (Frankfurt) komandası ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda baş verənlər olub.
“Sarı-qırmızılar” azarkeşlərin atəşfəşanlıq etməsinə görə 18 000, meydana yad əşya atması səbəbindən 35 250 avro ödəməli olacaq. İstanbul təmsilçisi digər iğtişaşlara görə əlavə 15 000 avro ziyana düşüb.
Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 1:5 hesabı ilə məğlubiyyəti ilə başa çatıb.