AZ

Ölkəmizdə ahıl insanlara xüsusui diqqət və qayğı göstərilir- ÖZƏL

"Bu gün - 1 Oktyabr Beynəlxalq Ahıllar Gününü qeyd edirik. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, ahıllarımız cəmiyyətimizin ən dəyərli xəzinəsidir. Onların zəngin həyat təcrübəsi, müdrikliyi və gələcək nəsillərə verdiyi töhfələr inkişafımızın və davamlılığımızın əsas dayaqlarındandır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru Hicran Hüseynova deyib: "Ölkəmizdə ahıl insanlara göstərilən diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat şəraitinin təmin edilməsi dövlətimizin prioritetlərindən biridir. Bu sahədə görülən ardıcıl işlər ahıllarımızın rifahını yüksəltməklə yanaşı, onlara dəyər və hörmətin ən yüksək səviyyədə göstərildiyini təsdiqləyir.
Bu xüsusi gündə bütün ahıllarımıza möhkəm cansağlığı, uzun və firavan ömür arzulayıram. Onların müdrik kəlamları, həyat yolları və təcrübələri bizə hər zaman örnək və yol göstərici olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr