AZ

İran rəsmisinin Minsk və Moskvaya təcili səfəri barədə iddia yayılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Sepah Pasdaran" Teleqram kanalının məlumatına görə, dünən İranın diplomatik təyyarəsi qəfil olaraq Tehrandan əvvəlcə Minskə, daha sonra isə Moskvaya uçub.

Məlumatda bildirilir ki, bu cür reyslərdə yalnız yüksək vəzifəli dövlət rəsmiləri səyahət edirlər. İddialara görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani təcili səfər üçün Minskə yola düşüb.

Kanalın məlumatına əsasən, bu missiyanın səbəbi İran ilə "sionist rejim" arasında mümkün yaxınmüddətli müharibə ehtimalı ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr