AZ

Kral ailəsindın orduya qoşulan ilk qadın oldu


Niderlandın vəliəhd şahzadəsi Amaliya ehtiyatda olan hərbi qulluqçuların hazırlığı proqramına başlayaraq Hollandiya Silahlı Qüvvələrinə qoşulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Məlumata görə, bununla da o, kral ailəsindən orduya qoşulan ilk qadın olub.
Telekanalın məlumatına görə, vəliəhd şahzadə kiçik hərbi rütbələr (üçüncü dərəcəli dənizçi və üçüncü dərəcəli əsgər) alaraq, Kral Hərbi Dəniz Qüvvələrində, eləcə də Ordu və Hərbi Hava Qüvvələrində təlimlərə yazılıb.
Amaliyanın daxil olduğu proqram üçün standart təlim kursuna bir neçə həftəlik sahə təlimi, eləcə də nəzəri məşğələlər daxildir.
Şahzadənin at qəzasında qolu sındığl üçün nəzəri məşğələlərə bir qədər sonra başlaması planlaşdırılır.
Hazırda o, proqramın ballistika, taktika və kartoqrafiyanı əhatə edən nəzəri hissəsinə başlayıb. Amaliya həmçinin Krallığın Müdafiə Nazirliyində yarımştat işçi kimi çalışacaq.
Seçilən
28
1
yeniavaz.com

2Mənbələr