BAKI, 1 oktyabr. TELEQRAF
20 il öncə təsəvvür belə edə bilməzdik ki, Azərbaycanda belə beynəlxalq sərgilər keçiriləcək
Teleqraf verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda 3000 yazıçı var: “Biz inanırıq ki, növbəti mərhələdə bu müəllfləryazdıqlarına görə qonorar alacaqlar”.
Xalq yazıçısı kitab sənayesinin problemlərinə toxunub:
“Bu gün bizim yazıçılarımız, çox təəssüf ki, öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Amma zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq”.