XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir.
Tədbirdə Milli Məclisin üzvləri, mədəniyyət nazirinin müavinləri, digər rəsmi şəxslər, eləcə də ədəbiyyat nümayəndələri, xarici qonaqlar və media mənsubları iştirak edirlər.
Bir həftə davam edəcək sərgidə təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Sərgidə uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta