AZ

ABŞ rəsmisi: “ İran və  İsrail arasında yeni müharibə ehtimalı yüksəkdir” 

ABŞ Dövlət Departamentinin keçmiş farsdilli sözçüsü Ellen Ayer İran və İsrail arasında yeni hərbi qarşıdurmanın baş vermə ehtimalının yüksək olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, o, bununla bağlı, “Bloomberg” nəşrinə müsahibəsində danışıb.
“Bu, çox güman ki, baş verəcək. ABŞ artıq İrana qarşı hücumu uğurlu əməliyyat kimi qiymətləndirir. Tramp dəfələrlə İranın nüvə proqramını məhv etdiyini açıqlayıb”, – deyə, Ayer vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton İranla bağlı hərbi əməliyyatları bitmiş hesab etsə də, Təl-Əviv Tehranın nüvə proqramını və ümumilikdə İranı hələ də təhdid kimi görür.
“Israel Hayom” qəzetinin yazdığına əsasən, BMT-nin İslam Respublikasına qarşı sanksiyalarının yenidən qüvvəyə minməsindən sonra İsrail ordusu Tehran tərəfindən mümkün qəfil hücum ehtimalını istisna etmir və buna görə də tam hazırlıq vəziyyətinə gətirilib.

Seçilən
12
4
veteninfo.az

5Mənbələr