AZ

Yaşlanmaqdan qorxan şou əhli ƏVVƏL VƏ İNDİ + FOTOLAR

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şou-biznes aləmi hər zaman tamaşaçıların diqqətini çəkən, gündəmi zəbt edən mövzularla yadda qalır. İfaçıların sənət fəaliyyəti, şəxsi həyatı və çıxışları ilə yanaşı, onların xarici görünüşündəki dəyişikliklər də böyük maraq doğurur. Zaman-zaman estetik əməliyyatlara müraciət edən məşhurlar bu səbəbdən sosial şəbəkələrin və medianın əsas müzakirə mövzularından birinə çevrilirlər.

Şou-biznes nümayəndələrinin estetik seçimləri yalnız şəxsi qərar olaraq qalmır, eyni zamanda cəmiyyətin gözləntilərini, zövq meyarlarını və müasir dövrdə gözəllik anlayışını əks etdirən mühüm mövzuya çevrilir.

Yenisabah.az estetik əməliyyatlarla görünüşü dəyişən sənət adamlarının siyahısının 2-ci hissəsini təqdim edir: pizza mizza

1. Ayan Babakişiyeva – Keçmiş fotoları ilə indiki halını müqayisə etdikdə, aradakı ciddi fərq açıq-aydın görünür.

2. Təranə Qumral – Gözəlləşmək üçün estetik əməliyyata müraciət edən müğənnilərdəndir.

3. Namiq Qaraçuxurlu – Estetik prosedurlara müraciət edən kişi sənətçilərdən biridir. Meyxanaçının yaşlanmaqdan qorxduğu sezilir.

4. Xatun Əliyeva – İllərin yox, məhz estetik əməliyyatların dəyişdirdiyi müğənnilərdəndir.

5. Fatimə Fətəliyeva – Qalmaqalları ilə yanaşı, etdirdiyi prosedurlar da diqqətdən yayınmır. Xarici görünüşündə böyük dəyişiklik olmasa da, üzdəki estetik müdaxilələr aydın görünür.

6. Nazilə Səfərli – Şairənin burun əməliyyatı, dodaq və qaşlarına etdirdiyi dəyişikliklər nəzərə çarpır.

7. Damla – Zamanın deyil, estetik əməliyyatların dəyişdirdiyi ifaçılardandır.

8. Brilliant Dadaşova – Xalq artisti yaşlanmaqdan çəkinən sənətçilər siyahısına daxildir.

9. Aynişan Quliyeva – Bloqçunun keçirdiyi dəyişiklik açıq-aydın görünür.

10. Mətanət Əsədova – Estetik gözəli sayılan müğənnilərdəndir.

11. Zümrüd Bədəlova – Aparıcı həm saçında, həm də üzündə dəyişikliklər edib.

12. Natavan Həbibi – Müğənni də saç və üzündə etdiyi estetik prosedurlarla gündəmdədir.

13. Nura Suri – İllərin deyil, estetik prosedurların cavanlaşdırdığı sənətçilər sırasındadır.

14. Zülfiyyə Xanbabayeva – Xalq artisti həm xeyli çəki atması, həm də estetik müdaxilələrlə diqqət çəkib.

15. Diana Əhədpur – Model estetik əməliyyatlardan sonra tamamilə fərqli görkəm alıb, yeni siması əvvəlkindən kəskin şəkildə seçilir.

Aydan Hacı 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
yenisabah.az

2Mənbələr