AZ

“Depeşa”-nın yeni partiyası Rusiya qoşunlarına göndərilib

“Yüksəkdəqiqlikli komplekslər” holdinqi (“Rostex”-in bir hissəsi) Rusiya Müdafiə Nazirliyinə “Depeşa” çoxfunksiyalı təkərli robot platformalarının yeni partiyasını göndərib. Platforma yük daşımaq və personalı evakuasiya etmək qabiliyyətinə malikdir.

Herbiand.az xəbər verir ki, bu barədə “Rostex”-in mətbuat xidməti qeyd edib.

Bildirilib ki, hazırda onun funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır.

“Depeşa” platforması çoxfunksiyalılığı ilə seçilir. Avtomobillər müxtəlif modullar quraşdırılaraq bir sıra vəzifələrə uyğunlaşdırıla bilər. Aparat 200 kq-a qədər olan yükləri, o cümlədən ərzaq, yanacaq və avadanlıqları daşımaq, yaralıları cəbhə bölgəsindən təxliyə etmək qabiliyyətinə malikdir.

“Depeşa” yüngül və davamlı materiallardan hazırlanıb, eyni zamanda yüksək manevr və yolsuzluq qabiliyyətini təmin edən müstəqil asmaya malikdir. Yığcam ölçüsü onu pikap kimi yük maşınının baqajında ​​daşımağa imkan verir.

Təkərli robot uzaqdan idarəetmə vasitəsi ilə idarə oluna bilər və sabit rabitə üçün fiber-optik əlaqədən istifadə edilə bilər. Maksimal sürəti 30 km/saatdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr