AZ

Sarkozinin arvadı diqqət çəkdi: əri həbsdə, özü isə... FOTO

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı , italyan-fransız top model Karla Bruni Parisdə keçirilən Saint Laurent moda nümayişinə qatılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun İnstagram səhifəsində məlumat paylaşılıb.

57 yaşlı model ictimaiyyət qarşısına qismən açıq dekolteli sarı paltarda və qəhvəyi xəz paltoda çıxıb.  Bruni həmçinin qara laklı çəkmələr və günəş eynəyi ilə poza verib.

Qeyd edək ki, Fransanın keçmiş prezidenti Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib. Paris məhkəməsi onu 2007-ci il seçki kampaniyasını  Liviyadan gələn vəsaitlə qanunsuz olaraq maliyyələşdirməkdə ittiham edib.

Günel Cəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr