AZ

Vaşinqton: "Yeni ticarət yolları Cənubi Qafqazı canlandıracaq"

Bu sözləri ABŞ senatoru Stiv Deyns Senatın xarici əlaqələr komitəsində "ABŞ-nin Qara dəniz regionunda gələcək strategiyası" mövzusundadinləmələrdəsöyləyib. O diqqətə çatdırıb ki, Qərb istiqamətində ticarət yollarına qoyulan müştərək investisiyalar regiondakı bütün ölkələrin inkişafına töhfə verəcək.

"Həm müəyyən resursların istehsalçılarını, həm də qonşu ölkələri əhatələyən belə bir vəziyyət Avropaya doğru dalğa effekti yaradacaq",- senator söyləyib.

Dinləmələrdə Amerika Xarici Siyasət ŞurasınınMərkəzi Asiya-Qafqaz İnstitutununsədri akademik Frederik Star da vurğulayıb ki, ABŞ-nin Qara dəniz regionunda strategiyasının genişləndirilməsi zəruridir.

(ABŞ Senatının Montana ştatından senatoru Stiv Deyns)

"Vaşinqton hazırkı yanaşmada üç Qafqaz ölkəsinin:Azərbaycan, Gürcüstan və ErmənistanınQara dənizə sərbəst çıxışının vacibliyini nəzərə almır. Hərçənd belə bir imkan Moskva və Pekinin regionda təsirini azaltmaq istiqamətində əsas amildir. Zənnimcə,bu ölkələri sözügedən ərazidə birbaşa və həyati maraqlara malik dövlətlər sırasına qatmaq məqsədəuyğundur",- akademik deyib.

(Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri akademik Frederik Star)
Euronews:"Sülh Azərbaycan üçün yeni turizm qapısı açır"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalınamüsahibəsində,eləcə də sonrakıçıxışlarındasöyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələrimüsbət qiymətləndirib.

Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanandəmir yolu layihəsininbaşa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.

Firudin Həmidli

AzVision.az
Seçilən
29
2
azvision.az

3Mənbələr