AZ

Türk Hava Yollarından Ermənistanla bağlı kritik QƏRAR

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türk Hava Yolları (THY) uçuş şəbəkəsini genişləndirib.

Milli.Az xəbər verir ki, Aviaşirkət Rumıniyanın qərbində yerləşən Timişoara və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin həyata keçirilməsinə qərar verdiyini açıqlayıb.

Açıqlamada "Tərəfdaşlığımızın idarə heyəti imkanlardan və bazar şərtlərindən asılı olaraq Rumıniyanın Timişoara şəhəri və Ermənistanın paytaxtı İrəvana planlı uçuşlar həyata keçirmək qərarına gəlib" ifadəsi işlədilib.

Yeni açılan marşrutlar xüsusilə regional əlaqə və turizm baxımından strateji əhəmiyyət kəsb edir. 

Uçuşların başlama tarixi və tezlikləri ilə bağlı təfərrüatların aviaşirkət tərəfindən yaxın günlərdə açıqlanması gözlənilir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
news.milli.az

4Mənbələr