AZ

FHN: Parlament prospektində avtomobildə baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən  verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

***

 

08.47

Bakıda “KİA” markalı minik avtomobili yanıb.

Apa xəbər verir ki, hadisə Parlament prospektində baş verib.

Yanğın nəticəsində maşın tam yararsız vəziyyətə düşüb.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.

Seçilən
11
7
qaziler.az

10Mənbələr