AZ

Nazir: Azərbaycanda ərazilərin 11-12 faizi müasir sistemlə suvarılır

Suvarılan ərazilərin 11-12 faizi müasir suvarma sistemi ilə irriqasiya edilir.

APA xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlimədavamlı Aqrobiznes: Strategiya, investisiya və siyasətin uyğunlaşdırılması” mövzusunda dəyirmi masadakı çıxışında deyib.

“Biz qənaətcil və müasir suvarma texnologiyalarının tətbiqi üçün çalışırıq. Fikrimcə müasir suvarılma texnologiyasından istifadədə 11-12 faiz kifayət deyil. Biz gələcəkdə bu rəqəmin artırılmasını 100%-ə çatdırılmasını hədəfləyirik”, - nazir bildirib.

Məcnun Məmmədov iqlim dəyişikliyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin əsas strategiyasını bəyan edib.

“İqlim dəyişikliyi fonunda, həm sosial, həm də iqtisadi mənada dayanıqlılıq təmin olunmalıdır. Həm fermerlərin rifahı təmin olunmalı, həm də dövlət üçün iqtisadi gəlirlər gətirəcək işlər görülməlidir. Fermerlərin gəlirlərinin artırılması kənd təsərrüfatı nazirliyinin əsas məqsədlərindən biridir. Kənd təsərrüfatı strategiyasının mərkəzində iqlim dəyişikliyinə dayanıqlılıq yerləşir. Torpaq, su və maliyyə resurslarından əlavə olaraq, insan resursu da çox mühümdür. Bu baxımdan fermerlərin maarifləndirilməsi, peşəkar mütəxəssislərin hazırlanması, fermer qruplarının təkmilləşdirilməsi, onlara müasir texnologiyalardan istifadə etmək bacarığının aşılanması prioritetlərdən biridir”, - nazir vurğulayıb.

Seçilən
14
2
apa.az

3Mənbələr