Bu il Azərbaycanda və dünyanın 147 ölkəsində "Qanaxmalara Qadın və Qızlarda məruz qalır" şüarı ilə müxtəlif tədbirlər keçirilir.
QHT.az xəbər verir ki, TƏBİB-lə bərabər Hemofiliyalı Xəstələrin Assosiasiyası "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müasir müalicəsinə dair Marriott Boulevard Otelində elmi seminar təşkil olunmuşdur.
Seminarda qanaxmalara məruz qalan qadın və qızların müasir və multidisiplinar müalicəsi, dərman təminatının təkmilləşdirilməsi və digər mühüm məsələlər müzakirə olunmuşdur.
Məqsəd, ölkəmizdə müxtəlif diaqnozlarla olan qanın laxtalanma pozğunluğundan əziyyət çəkən qadın və qızlara diqqətin artırılması, diaqnostika və müalicənin təkmilləşdirilməsinə nail olmaqdır.
Seminarda giriş sözü ilə Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov, Tibbi Planlama departamentinin Monitorinq şöbəsinin baş məsləhətçisi Nərgiz xanım Allahverdiyeva, Sumqayıt Perinotal Mərkəzin rəhbəri Dr. Təranə xanım Rəcəbli mövzunun əhəmiyyətli olmasını və bu sahəyə diqqətin artırılmasının zəruri olduğunu bildirmişlər.
Daha sonra aşağıdakı praktik və nəzəriyyə çıxışlar təqdim edilmişdir:
- Hemofiliyalı Xəstələrin Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova, “Qanaxmalanın qadın və qızların həyat keyfiyyətinə təsiri”
- Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Dr. Firəngiz Nəzərli, “XI Faktor Çatışmazlığı: Nadir Koagulyasiya Pozğunluğuna Müasir Baxış.”
- Respublika Klinik Xəstəxanasının qan bankının müdiri Dr. Vəliyeva Şəbnəm, “V Faktor Çatışmazlığı: Nadir Koagulyasiya Pozğunluğuna Müasir Baxış”
- Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim hematoloqu
Dr. Asya İsmayıl-Zadə, “Qazanılmış hemofiliyaya yanaşma”
- Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim hematoloqu Dr. Aytac Növruzova, “Anadan gəlmə trombositopatiyalar.”
- Respublika Klinik Xəstəxanasının endokrinoloqu Dr. Məmmədova Günay, “Hemofiliyalı xəstələrdə ən çox rast gəlinən endokrin patalogiyalara yanaşma ”
Seminarda müzakirələr zamanı aşağıdakı təkliflər verildi:
1. Qanaxmalara məruz qalan qadın və qızların vahid məlumat bazası yaradılsın;
2. Qadın və qızlar pərakəndə yox bir mərkəzdən tibbi xidmətlə təmin edilsinlər;
3. Qadın və qızların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün müasir tibbi yanaşma -multidisiplinar yanaşma ilə təmin edilsinlər;
5. Qadın və qızların məruz qaldığı tip qanaxmaları müəyyən etmək və ona uyğun müasir dərman və qan preparatları ilə təmin etmək.
Qeyd olunan təkliflər aidiyyatı dövlət səhiyyə qurumlarına təqdim ediləcək.