Bakı. Trend:
Dünyanın bir hissəsində okean səviyyəsinin yüksəlməsi problemiyaşanarkən, digər ölkələrdə, o cümlədən Azərbaycanda suresurslarının azalması, çayların kiçilməsi müşahidə olunur.
Trend xəbərverir ki, bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi KəmaləHüseynli-Abışova Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışızamanı bildirib.
O xatırladıb ki, su məsələsi iqlim platformalarına yalnızCOP26-da, su pavilyonunun simvolik açılışı ilə daxil oldu:
"COP27-də qəbul edilmiş qərarda suyun önəmi vurğulandı, COP28-dəisə bu məsələ daha da irəlilədi. COP29-da isə Azərbaycanda ilk dəfəsuya dair siyasi deklarasiyanı təqdim etdik. Bu deklarasiya, öznövbəsində “Bakı Dialoqu: İqlim Fəaliyyəti üçün Su” platformasınıişə saldı".
Nazirlik nümayəndəsi vurğulayıb ki, hazırda su üzrə bir çoxhüquqi çərçivələr mövcuddur ki, bunlar transsərhəd əməkdaşlığımüzakirə və həll səviyyəsinə gətirir:
"Lakin təəssüf ki, bir çox ölkələr, xüsusilə yuxarı axın və ortaaxın ölkələr beynəlxalq çərçivələrə tam qoşulmur. Azərbaycan kimiaşağı axın ölkələri isə suyun son təyinat yerinə malikdir vəyetərincə su ala bilmir.
Biz yalnız su çatışmazlığı ilə üzləşmirik, bu problem getdikcəartır və bu, yalnız gələcək nəsillərin deyil, bizim özümüzün dəüzləşdiyi bir problemdir. Mən sizi Milli Adaptasiya Planımıza dadiqqət yetirməyə dəvət edirəm. Burada olan beynəlxalq tərəfdaşları– BMT agentlikləri, çoxtərəfli inkişaf bankları, beynəlxalq maliyyəinstitutları, qeyri-hökumət təşkilatlarını – planla yaxından tanışolmağa çağırıram".
"Adətən kənd təsərrüfatı nazirləri ərzaq təhlükəsizliyi vəməhsul istehsalının vacibliyi barədə danışır, lakin bizim kəndtəsərrüfatı nazirimiz bu gün suyun əhəmiyyətindən danışdı. Bu, çoxşey ifadə edir. Məsələn, su səmərəliliyi kənd təsərrüfatıplanlaşdırılarkən nəzərə alınmalıdır. Dövlət Su EhtiyatlarıAgentliyinin nümayəndəsi isə bildirdi ki, iqlim fəaliyyəti sufəaliyyətindən ayrılmazdır və su siyasəti iqlim siyasətidir. Bizbunu qəbul edib tədbir görməliyik. Bəzi yuxarı axın ölkələr isəhesab edir ki, məsələn, bizim region üçün çox uyğun olan BMT SuKonvensiyasına qoşulmaqla, onlara suyun çirklənməsi və ədalətlipaylaşımı ilə bağlı irad tutulacaq. Mən isə deyərdim ki, iradtutmaq heç bir problemi həll etmir. Bunun əvəzinə Bakı Dialoqu vəCOP29 sədrliyi çərçivəsində problemlərə həll yolları axtardıq", -deyə nazirlik nümayəndəsi əlavə edib.