AZ

Almaniyada Oktoberfest bomba təhdidi səbəbindən müvəqqəti bağlanıb

Berlin, 1 oktyabr, AZƏRTAC

Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi Oktoberfest festivalı bomba təhdidi ilə əlaqədar bu gün azı saat 17:00-dək bağlanıb.

Bu barədə AZƏRTAC yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, bələdiyyə başçısı Dieter Rayter bildirib ki, festival ərazisində partlayıcı aşkarlandığından açılış riskli hesab olunur.

Qeyd edək ki, Münxenin şimalında bir evdə partlayış və yanğın da baş verib. Polis mümkün əlaqələri araşdırdığı üçün festivalın keçirildiyi ərazi müvəqqəti bağlanıb.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
23
1
azertag.az

2Mənbələr