AZ

Qırğızıstan prezidenti ölüm cəzasının tətbiqini təklif edib

Qırğızıstan prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı zorakılıq cinayətlərinə görə ölüm cəzasının bərpası üçün ölkə qanunvericiliyinə dəyişiklik edilməsini təklif edib. Bu barədə onun mətbuat katibi Askat Alagözov bildirib. 

Məlumatı “Kommersant” verib. Bu təşəbbüsə sentyabr ayında 17 yaşlı Qırğızıstan vətəndaşının qətli səbəb olub.

“Prezident administrasiyanın Hüquqi təminat şöbəsinin müdiri Murat Ukuşevə qanunvericiliyə uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən ağır cəzaları nəzərdə tutan dəyişikliklər layihəsi hazırlamağı tapşırıb. Xüsusilə, bu, uşaqların, qadınların zorlanmasına aiddir. Prezident Japarov bu qəbil cinayətlərə görə ölüm cəzasının tətbiqini məqbul hesab edib. Xüsusilə uşaqlara və qarşı cinayətlər cəzasız qalmamalıdır”, - Askat Alagözov Facebook-da yazıb.

Prezidentin mətbuat katibinin sözlərinə görə, bu yaxınlarda 17 yaşlı qızın qətli “ictimaiyyəti şoka salıb” və Sadır Japarov işi şəxsi nəzarətinə götürüb.

Qeyd edək ki, 1988-ci ildə Qırğızıstan ölüm hökmünə iki illik moratorium qoyub və bu müddət dəfələrlə uzadılıb. 2007-ci ildə ölüm hökmü respublika konstitusiyasından çıxarılıb.

P.Əmircanov
XQ

Seçilən
9
xalqqazeti.az

1Mənbələr