AZ

Zəngəzurla bağlı arzuolunmaz xəbərlər gəlir Zülfüqarovdan ŞOK

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Moskva səfərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı ritorikası kəskin şəkildə sərtləşdi. O, təxribatda Azərbaycanı günahlandırmağa cəhd etdi”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Aydındır ki, Rusiya Prezidenti Vladimir Putin ona ABŞ Prezidenti Donald Trampın planını həyata keçirməyi qadağan edib. Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü və Moskvadan uzaqlaşma haqqında deyilən söhbətlər sadəcə maskadır”, – deyə o bildirib.

Politoloq xatırladıb ki, Paşinyan bu ilin 9 mayında Moskvada keçirilən Qələbə Paradının fəxri qonağı olub:

“Gələcəkdə də “Засланный казачок” (gizli şəkildə kiminsə tapşırığını yerinə yetirən şəxs – red.) funksiyasını sadiqliklə yerinə yetirəcək. Düşünürəm ki, Paşinyan yalnız Zəngəzur bölgəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə maraq göstərir”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
globalinfo.az

3Mənbələr