AZ

Böyük Britaniya şahzadəsi Kiyevdə Zelenski ilə görüşüb

Böyük Britaniya Kralı III Çarlzın bacısı şahzadə Anna Kiyevə gözlənilməz səfər edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, , bu barədə "RBC-Ukrayna" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə görüşüb.

"O, Britaniyanın Ukraynaya dəstəyini müzakirə etmək üçün Prezident Volodimir Zelenski ilə görüşüb", - deyə nəşr yazıb.

Şahzadə Anna, həmçinin Uşaq Memorialını, eləcə də müharibədən zərər çəkmiş gənclərə dəstək məqsədilə yaradılmış Uşaq Hüquqlarını Müdafiə Mərkəzini ziyarət edib.

"Cebheinfo.az" 

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr