AZ

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

Bakı. Trend:

İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süniintellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hərgün “iPhone 17”, hər həftə “Zeekr 001” və sonda “Porsche Cayenne”avtomobili olmaqla, ümumilikdə 100-dən artıq prestijli hədiyyəqazanmaq imkanı əldə edirlər.

Abunəçilər Bakcell-in məhsul və xidmətlərindən istifadə edərkənavtomatik olaraq lotereyada iştirak şansı qazanırlar. Belə ki,Bakcell nömrəsinin mövcud balansından xərclənən hər 1 AZNistifadəçiyə 1 şans verir.

Eyni zamanda, nömrənin balansını artıran abunəçilərə əlavəşanslar da təqdim olunur. Balans 1 AZN – 4.99 AZN aralığındaartırılan zaman abunəçilər hər 1 AZN üçün 1 şans, balans 5 AZN vəondan çox artırılan zaman isə hər 1 AZN üçün 2 şans qazanacaq.Məsələn, balans 7 AZN artırıldıqda iştirakçı 14 şans əldəedəcək.

Bundan əlavə, lotereyada abunəçilərin qalib olmaq şansını dahada artırmaq məqsədilə onlara xüsusi “Şans” paketləri təqdim olunur.Məsələn, 2 AZN-lik “Şans” paketinə 7 şans və 30 şəbəkədaxilidanışıq dəqiqəsi daxildir. Hər bir "Şans" paketi ilə iştirakçılarəlavə şəbəkədaxili danışıq dəqiqələrindən də faydalana bilirlər.“Şans” paketləri barədə daha ətraflı məlumat ilə linkə keçid edərək tanış olmaqolar.

Qazanılan hər şans barədə abunəçiyə SMS vasitəsilə məlumatgöndərilir. Hər bir lotereya iştirakçısı ümumi mövcud şans sayınıBakcell mobil tətbiqi və lotereya layihəsinin rəsmi internet səhifəsində şəxsikabineti vasitəsilə izləyə bilər.

Qeyd edək ki, bu layihə Azərbaycanda süni intellekt əsaslıplatforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır.

Bakcell lotereya haqqında ətraflı məlumatı Bakcell-in rəsmilotereya səhifəsindənəldə etmək mümkündür: lotereya.bakcell.com

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativhəllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Seçilən
20
36
az.trend.az

10Mənbələr