Ermənistanda müharibənin vəziyyətini araşdıran istintaq komissiyasının hesabatının parlamentin plenar iclasında müzakirəyə çıxarılması üçün hüquqi əsas yoxdur. Bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.
Simonyan qeyd edib ki, məsələ hesabatın dərc olunub-olunmaması ilə deyil, onun nəşr formasının necə olması ilə bağlıdır.
"Hesabat dərc ediləcək, lakin çap edilə bilməz. Əgər plenar iclasa təqdim edilsəydi belə, bu, qapalı formatda olacaqdı," – o bildirib.
Spiker, komissiya sədri Andranik Köçəryanın qanunvericiliyin tələblərini səhv şərh etdiyini vurğulayıb.
“Bu məsələ ilə bağlı mən rəsmi şərh üçün müraciət etdim və üç eyni cavab aldım”, - o bildirib.
Simonyan əlavə edib ki, Köçəryanla mübahisə görmür, problemin monoloq xarakterli yanaşmadan qaynaqlandığını deyib.
Gülnar