AZ

Baş direktorla müavininə 10 il həbs istənildi

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Respublika Narkoloji Mərkəzinin rüşvət ittihamı ilə mühakimə olunan baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin məhkəmə istintaqı tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham tərəfi yekun çıxış edib.

Prokuror müttəhimlərin ikisinin də külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini, hərəsinin 10 il həbslə cəzalandırılmalarını tələb edib.

Hakim müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində Mərkəzin baş direktoru və müavini həbs edilib.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
8
qafqazinfo.az

10Mənbələr