AZ

HIMARS YARS-ların Avstraliyaya satışı təsdiq olunub

ABŞ Dövlət Departamenti 705 milyon dollar dəyərindəki M142 HIMARS (“High Mobility Artillery Rocket System”) yaylım atəşli reaktiv sistemlərin (YARS) Avstraliyaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə dörd ədəd 48 ədəd M142 HIMARS YARS-ın və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçıları ABŞ-ın “Lockheed Martin”, “L3Harris”, “Leonardo DRS” və “Oshkosh Defense” şirkətləri olacaq.

Seçilən
11
poliqon.az

1Mənbələr